AZ
Video yüklə

Sumqayıtda 29 yaşlı gənc öldürüldü

10 baxış Hadisə və olaylar
Sumqayıtda qətl törədilib.

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsinin Fərrux Qayıbov küçəsində baş verib.
1990-cı il təvəllüdlü qəsəbə sakini Şəhriyar Azad oğlu Eldarov naməlum şəxs tərəfindən iki bıçaq zərbəsi ilə qətlə yetirilib.
Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır. Qətli törədən şəxsin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.