AZ
Video yüklə

Siyəzəndə dağlıq ərazidə yanğın başladı

2 baxış Hadisə və olaylar
Siyəzən rayonunda dağlıq ərazidə yanğın başlayıb.

Yanğın rayonun Zarat kəndi ərazisində qeydə alınıb. Mürəkkəb relyefli dağlıq ərazidə başlayan yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Siyəzən və Xızı rayonlarının Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.