Şirvanda dəhşətli hadisə: 9 yaralı var
8 baxış
Hadisə və olaylar
Şirvanda mikroavtobusla minik avtomobili toqquşub, 9 nəfər xəsarət alıb.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə şəhərin Ş.Qurbanov küçəsində baş verib.
10 saylı marşrut üzrə işləyən sərnişin mikroavtobusu ilə “Mitsubishi Pajero” markalı avtomobil toqquşub. Daha sonra hər iki avtomobil fərdi yaşayış evinin hasarına çırpılıb. Qəza nəticəsində 9 nəfər yüngül xəsarətlərlə Şirvan Şəhər Xəstəxanasına çatdırılıb.
Qəza zamanı həmçinin telefon xəttinin dirəyi aşıb. Ərazidə bəzi evlərdə internet və telefon rabitəsi kəsilib.
Faktla bağlı araşdırma aparılır.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.