AZ
Video yüklə

Sərnişin avtobusu aşdı

12 baxış Hadisə və olaylar
Lənkəran rayonunda baş verən ağır yol qəzası zamanı xəsarət alanlardan 10-u müalicələrini rayon xəstəxanasında davam etdirəcək.



REAL xəbər verir ki, digər yaralılar ambulator müalicəyə buraxılıblar.



Yaralılardan 2-i Reanimasiya şöbəsindədir. Onlardan birinin vəziyyəti ağır qiymətləndirilir. Xəstəxananın baş həkiminin sözlərinə görə, açıq kəllə-beyin travması alan 42 yaşlı qadın komadadır.



Reanimasiya şöbəsində müalicə alan digər qadına isə qapalı kəllə-beyin travması və qabırga sınığı diaqnozu qoyulub. Onun vəziyyətinin ağır olduğu bildirilir.



Xəstəxananın Travmatologiya şöbəsində müalicə alan 8 qadının isə vəziyyəti orta ağır kimi qiymətləndirilir. Onların həyatları üçün təhlükə yoxdur.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.