Şamaxı rayonunda beşotaqlı ev yanaraq külə dönüb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Şamaxı şəhərinin Aşıq Məmmədağa küçəsində qeydə alınıb.
Rayon sakini Çilləxan Əhmədova məxsus, ümumi sahəsi 180 kvadratmetr olan 5 otaqlı evdə yanğın baş verib. Hadisə yerinə FHN-nin Şamaxı Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Üç ailənin yaşadığı ev içərisindəki əşyalarla birgə yanaraq yararsız hala düşüb. Yanğın söndürülüb, xəsarət alan olmayıb.
Yanğının elektrik naqilində qısaqapanmadan baş verdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.


































