AZ
Video yüklə

Saman yüklü TIR yandı

341 baxış Hadisə və olaylar
Türkiyənin Kırıkkale vilayətində saman yüklü TIR yanıb. Avtosfer.az xəbər verir ki, hadisə Sulakyut rayonunda qeydə alınıb. Yerli KİV-in məlumatına görə, İbrahim Acarın idarə etdiyi 71 EY 482 qeydiyyat nişanlı saman yüklü TIR, hərəkətdə olarkən elektrik naqillərinə ilişib. Naqillərin qığılcım saçması ilə samanlar alışıb. Acar, nəqliyyat vasitəsinin yük yerini çıxardaraq oradan uzaqlaşıb. Alovlar, küləyin əsməsi ilə qısa müddətdə yük yerini tamamilə bürüyüb. Ətrafdakıların xəbər verməsi ilə hadisə yerinə gələn yanğınsöndürənlər, yanğına müdaxilə ediblər. Yanğından sonra böyük miqdarda maddi zərər meydana gəlib.
Namiq Musayev

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.