AZ
Video yüklə

Qum fırtınası yol qəzasına səbəb oldu

292 baxış Hadisə və olaylar
Rusiyanın Stavropol diyarında qum fırtınası yol qəzasına səbəb olub. Avtosfer.az xəbər verir ki, hadisə iyulun 21-də “Budennovsk – Açikulak” avtomagistralının Heftekumsk rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Məlumata görə, qum fırtınası səbəbindən görünüş səviyyəsinin aşağı düşməsi səbəbindən iki “Lada Priora” markalı minik avtomobili toqquşub. Qəza nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar, təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.
Namiq Musayev

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.