AZ
Video yüklə

Qubada ticarət mərkəzində güclü yanğın olub

96 baxış Hadisə və olaylar
Qubada mağazalar şəbəkəsində yanğın olub.

Trend-in məlumatına görə, rayonun Heydər Əliyev prospekti, 29-cu məhəllədə yerləşən "Birja" mağazalar şəbəkəsində baş verən yanğın nəticəsində şəbəkəyə daxil olan 5 mağaza yanıb.

Hadisə naqillərdə baş verən qısaqapanmadan yaranıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə briqadaları hadisə yerinə cəlb edilib. FHN əməkdaşları və sahibkarların köməyi ilə həmin mağazalardan 5-də olan malların bir qismi çıxarılsa da, 1 mağaza tam olaraq yanıb.

Artıq yanğının qarşısı alınıb.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.