AZ
Video yüklə

Qubada meşə-kolluq ərazidə yanğın baş verib

2 baxış Hadisə və olaylar
Qubada meşə-kolluq ərazidə yanğın davam edir.



"Report"un Şimal bürosunun verdiyi məlumata görə, yanğın rayonun Zərqava inzibati ərazi dairəsi ərazisindəki meşə-kolluq ərazidə başlayıb.



Əraziyə FHN-in Quba Yanğından Mühafizə Xidmətinin texnikaları və canlı qüvvəsi cəlb olunub.



Yanğın təxminən 10 hektara yaxın ərazini əhatə edir.



Qeyd edək ki, Zərqova İnzibati ərazi dairəsində ötən il də analoji yanğın hadisəsi baş verib.



Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.