AZ
Video yüklə

Qubada dəhşətli hadisə: Ölən var

38 baxış Hadisə və olaylar
Qubada Niva markalı avtomobilin dərəyə aşması nəticəsində 1 nəfər dünyasını dəyişib.

Hadisə rayonun qaraçay kəndində baş verib.

Belə ki, 42 yaşlı Şabran sakini Qalib Əsgərov Qaraçayın kənarı ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil dərədən çaya yuvarlanıb. Nəticədə Qalib Əsgərov hadisə yerində ölüb. İlkin versiya olaraq qəzaya səbəb kimi ehtiyatsızlıq göstərilir.

Quba şəhərində isə 4 minik avtomobilinin toqquşması ilə nəticələnən zəncirvari qəza baş verib. Hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

“Naz Lifan” markalı avtomobil idarəetməni itirərək yolun kənarında dayanan Vaz-21015 markalı maşını vurub. Vaz-21015 isə qarşıda dayanan Vaz-21014 və Chevrolet markalı nəqliyyat vasitələri ilə toqquşub. Qəza nəticəsində “Naz Lifan” markalı avtomobilin sürücüsü xəsarət alıb. Nəqliyyat vasitələrinə isə ciddi ziyan dəyib.

Hazırda hər iki faktla bağlı araşdırma aparılır.

REAL

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.