AZ
Video yüklə

Qəza şəraiti yaradan sürücü: tormozumda problem var

112 baxış Hadisə və olaylar
Bakı küçələrində əyləc sisteminin işləmədiyini iddia edən sürücü qəza şəraiti yaradıb.



YPX.AZ xəbər verir ki, Nizami rayonu Bəkir Çobanzadə küçəsi ilə hərəkətdə olan 99 BK 747 dövlət qeydiyyat nişanlı “Toyota” markalı avtomobilin sürücüsü qayda pozaraq qəza şəraiti yaradıb.



Belə ki, yolun sağ hissəsinin boş olmasından istifadə edən sürücü, sola dönmək istəyən digər hərəkət iştirakçısının qarşısını kəsmiş və onun ani tormozlanma etməsinə səbəb olmuşdur. Daha sonra ard-arda manevr qaydalarını pozaraq başqa hərəkət işrtirakçıları üçün də təhlükəli anlar yaradıb.



Qeyd edək ki, hadisəni qeydə alan sürücü ona iradını bildirən zaman “görürdüm, tormozumda problem var” deyərək özünü müdafiə edib.





Həmin görüntüləri sizlərə təqdim edirik:

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.