AZ
Video yüklə

Qaxda 36 yaşlı kişini ilan sancıb

47 baxış Hadisə və olaylar
Qaxda 36 yaşlı kişini fındıq yığarkən ilan sancıb.

Hadisə bu gün səhər saatlarında rayonun Əmbərçay kəndində baş verib. Kənd sakini 1987-ci il təvəllüdlü Nəbi Abdullayev ailəsinə məxsus fındıq bağında fındıq yığarkən ilan qəfildən onun sol ayağından sancıb.

36 yaşlı Nəbi Abdullayev Qax Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, ona lazımi tibbi yardım göstərilib və ilan zəhəri əleyhinə zərdab vurulub. Nəbi Abdullayevin vəziyyəti ağır olduğu üçün müayinə və müalicəsini davam etdirmək üçün Respublika Toksikologiya Mərkəzinə göndərilib.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.