AZ
Video yüklə

Qarlı-şaxtalı havada Kür çayında çimir

149 baxış Hadisə və olaylar
Bölgələrə yağan ilk qar onun üçün əsl fürsət olub. Havanın qarlı və şaxtalı olmasına baxamayaraq, Kür çayında üzüb.




Xezxerxeber.az-ın məlumatına görə, qarlı və şaxtalı hava şəraiti 48 yaşlı Cəmaləddin Məmmədzadəni Kür çayına girməkdən çəkindirməyib. O. illərdir ki, hər qar yağanda Kür çayında çimməyi ənənə halına çevirib. Həvəskar idmançı bu gün qarın yağdığını fürsət bilərək Kürdə çimmək qərarına gəlib.


C. Məmmədzadə uşaqlıqdan fəsildən asılı olmayaraq, Kür çayında çimib. O, belə soyuq havada çimməyin xəstəlik yox, əsl sağlamlıq olduğunu düşünür.


Dediyinə görə, o, bəzən dostları ilə birlikdə soyuq havada çayda üzgüçülük yarışları da təşkil edir.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.