AZ
Video yüklə

Qarabağ əlili yaşadığı evin yaxınlığında döyülərək öldürüldü - BAKIDA

134 baxış Hadisə və olaylar
Paytaxtda ölüm faktı qeydə alınıb. APA TV-nin məlumatına görə, hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsində baş verib.
Məlumata görə, 1974-cü il təvəllüdlü Əhmədov Mübariz Şamil oğlu Rəşid İsmayılov küçəsində naməlum şəraitdə döyülüb. O, baş və boyun nahiyələrindən aldığı xəsarətlərlə xəstəxanaya çatdırılıb. Ancaq xəsarətləri ağır olduğundan həkimlər M.Əhmədovun həyatını xilas edə bilməyib və xəstəxanada dünyasını dəyişib.
Hadisənin təfərrüatlarını Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinin əməkdaşları araşdırır. Polisin verdiyi məlumata görə, M.Əhmədov Qarabağ müharibəsi əlili olub. Onun kim tərəfindən və hansı şəraitdə döyülməsi isə hələlik məlum deyil.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.