AZ
Video yüklə

Prospektdə baş verən qəza tıxaca səbəb oldu

135 baxış Hadisə və olaylar
Bu gün səhər saat 09:30 radələrində Heydər Əliyev prospekti-Hava limanı yolunda yol nəqliyyat hadisəsi baş verib.

YPX.AZ xəbər verir ki, bu barədə oxucularımızdan biri hadisə yerində video qeyd alaraq “qaynar xətt”imizə göndərib.

Belə ki, oxucumuzun bildirdiyinə görə, "Mercedes" markalı avtomobil hərəkətdə olan zaman "Hyundai" markalı avtomobil ilə toqquşub.

Qəza səbəbindən Heydər Əliyev prospektində tıxac yaranıb.

Xoşbəxtlikdən xəsarət alan olmasa da avtomobillərə ciddi ziyan dəyib.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.