AZ
Video yüklə

Piyada keçidi olmayan yerdə təhlükəli anlar

43 baxış Hadisə və olaylar
Hərəkətin intensiv olduğu yolda piyada təhlükəli anlar yaşadıb.

YPX.AZ xəbər verir ki, yolun Heydər Əliyev prospektindən Ziya Bünyadov prospektinə dönən hissəsində piyada keçidi olmadığı halda piyada avtomobil yoluna çıxaraq öz həyatı ilə yanaşı digər hərəkət iştirakçıları üçün təhlükə yaradıb. Lakin, bu ölümə gedən bu yolda piyada sürücünün çevikliyi nəticəsində xəsarətsiz qurtula bilib.

Qeyd edək ki, bu mövzu ilə əlaqədar olaraq, aidiyyatı qurumlar dəfələrlə sürücülərə və piyadalara müraciət edərək bildiriblər ki, ilk növbədə piyadalar yolu keçərkən diqqətli olmalı, yalnız müəyyən olunmuş keçidlərdən istifadə etməli və yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsi ilə hərəkət etməməlidirlər. Günün qaranlıq vaxtı, eləcə də, məhdudiyyətli görünmə şəraitində üzərində işıqqaytarıcı elementlər olan əşyalardan istifadə etməli, əlvan geyimlərə üstünlük verilməlidir”.

Biz də YPX.AZ olaraq piyadaları qaydalara əməl etməyə çağırırıq:



“Hörmətli piyadalar, yol hərəkəti zamanı diqqətli olmağı və bu prosesdə fərdi məsuliyyət hissini unutmamağı sizdən xahiş edirik. Qaydalara əməl edərək, həyata dəyər verək.”

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.