AZ
Video yüklə

Paytaxtda partlayış yanğına səbəb oldu

18 baxış Hadisə və olaylar
Bakı şəhəri Xətai rayonu, Həzi Aslanov qəsəbəsi, İlham Məmmədov küçəsində yanğın baş verib.

Sfera.az xəbər verir ki, hadisə həyət evlərindən birində su qızdırıcısının ("kolonka") partlaması nəticəsində baş verib.

Yanğın əraziyə gələn Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən dərhal söndürülüb. Yanğının baş verdiyi həyətə zərər dəysə də, ətraf ərazilərə keçməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.