Ölüm anını “Facebook”un canlı yayımında nümayiş etdirdi
2 720 baxış
Hadisə və olaylar
21 yaşlı gənc "Facebook”da canlı yayım edərkən polislər tərəfindən öldürülüb. Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, dəhşətli hadisə ABŞ-ın İndlianapolis şəhərində baş verib. Məlumata görə, polislər ştatlararası magistralda qaydalara riayət etməyən sürücünün arxasınca düşüblər. Həmin vaxt avtomobil sahibi "Facebook Live”da canlı yayım edirmiş. Kadrlarda sükan arxasında hüquq mühafizəçilərindən necə qaçdığını danışan gəncin bir müddətdən sonra maşından düşərək sürətlə uzaqlaşdığı görünür. Daha sonra atəş səsi eşidilir və gənc qışqıraraq yerə yıxılır. Bütün baş verənləri "Facebook”un canlı yayımında 4 mindən artıq insan izləyib. Hadisə böyük etirazlarla qarşılanıb.
Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.