AZ
Video yüklə

Nərimanovda 2 maşın toqquşub

24 baxış Hadisə və olaylar
Paytaxtın Nərimanov rayonunda 2 avtomobilin iştirakı ilə yol qəzası baş verib.



ONA xəbər verir ki, hadisə rayonun Əhməd Rəcəbli və Albert Aqarunov küçələrinin kəsişməsində qeydə alınıb.



Məhərrəmov Anar Şamil oğlu “05 BG 330” dövlət nömrə nişanlı “Opel” markalı minik avtomobili ilə Əhməd Rəcəbli küçəsilə hərəkətdə olarkən “99 FR 330” dövlət qeydiyyatlı “BMW” markalı avtomobillə toqquşub.

Nətcədə "Opel"-in sərnişini xəsarət alaraq xəstəxanaya çatdırılıb.



Məlumata görə, qəzanın səbəbi “BMW” sürücüsünün “dairəvi yolda yol ver” nişanının tələbini pozması olub. Həmin sürücünün şəxsiyyəti hələlik məlum deyil.



Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.