AZ
Video yüklə

Maştağada vaksin izdihamı

31 baxış Hadisə və olaylar
Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 7 saylı Şəhər Poliklinikasında vaksinasiya prosesi zamanı karantin qaydalarının pozulması ilə bağlı görüntülər yayılıb.

“Qafqazinfo” xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdən də aydın olur ki, yüzə yaxın vətəndaş vaksin növbəsini gözləyir. Peyvənd olunmaq üçün gələnlər arasında sosial məsafə qorunmur, karantin qaydaları pozulur.

Qeyd edək ki, bir neçə gün öncə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Maştağa qəsəbəsində yerləşən 7 saylı Birləşmiş Şəhər Xəstəxanasında saxta COVID-19 pasportunun verilməsi ilə bağlı əməliyyat keçirmişdi. Nəticədə sözügedən xəstəxanada 50-100 manat müqabilində vətəndaşlara saxta COVID-19 sertifikatı verən tibb bacıları saxlanılmışdı.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.