AZ
Video yüklə

Lotu Qulini təhqir edən Rahim Şəkinski və arvadı belə güllələndi

4 719 baxış Hadisə və olaylar
Fransada yaşayan və 6 gün əvvəl naməlum şəxs tərəfindən güllələnən azərbaycanlı avtoritet Rahim Namazov və həyat yoldaşına edilən silahlı hücumun görüntüləri yayılıb.

GoldNews.Az xəbər verir ki, videodan da göründüyü kimi, maskalanmış naməlum şəxs Rahim Namazovun (Şəkinski) avtomobilinə yaxınlaşaraq, ön şüşədən sürücü və sərnişinə tapançadan bir neçə dəfə atəş açır və dərhal da əzaridən uzaqlaşır. Tuluza şəhərinin yaxınlığındakı Colomie şəhərində qeydə alınan hadisə zamanı Rahim Namazov yaralanıb, həyat yoldaşı isə dünyasını dəyişib.

Xatırladaq ki, R.Namazov Azərbaycanda məhkumluq həyatı yaşayıb, o cümlədən bir dəfə dələduzluğa görə 1 il icbari həbs cəzası alıb. Azərbaycanda müxtəlif şəxslərdən pul alaraq onları aldatdığı da bildirilir.

Qeyd edək ki, Rahim Şəkinski son vaxtlar "qanuni oğru" Nadir Səlifovun ünvanına sosial şəbəkə vasitəsilə dəfələrlə təhqirlər yağdırıb.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.