AZ
Video yüklə

Liftin qırıldığı yerdən video

438 baxış Hadisə və olaylar
Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən yeni tikililərdən birinin liftində nasazlıq meydana gəlib. Belə ki, lift 7-ci mərtəbədə olarkən anidən zirzəmi qatına eniş edib. Bu zaman liftdə olan 6 qadın və 2 uşaq müxtəlif növ bədən xəsarətləri alıblar. Sakinlərin sözlərinə görə, problemin aradan qaldırılması ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, məsələ həllini tapmayıb. “Binadakı liftlər 14 ildir ki, qəzalı vəziyyətdədir. Təmir etmirlər. Hər dəfə qorxa-qorxa liftə minirik”, – deyə bina sakini qeyd edib.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.