Lənkəranda avtomobil 5 yaşlı uşağı vuraraq öldürüb
7 baxış
Hadisə və olaylar
Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə səhər saatlarında Zövlə kəndində qeydə alınıb. Mağazadan özü üçün şirniyyat alıb çıxan 2016-cı il təvəllüdlü Musa Ruslan oğlu Mirzəzadə yolu keçmək istəyərkən onu 44-BM-245 dövlət qeydiyyat nişanlı, "VAZ 2105" markalı avtomobil vurub. Avtomobilin sürücüsü, Masallı rayonu Əzizabad kənd sakini, 1992-ci il təvəllüdlü Miriş Sərhad oğlu Mirişli uşağı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Həkimlərin səyinə baxmayaraq 5 yaşlı uşaq aldığı xəsarətlərdən dünyasını dəyişib. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.