Kamaz sürücüsünün diqqətsizliyi ölümünə səbəb olub
1 389 baxış
Hadisə və olaylar
Kamaz sürücüsünün diqqətsizliyi ölümünə səbəb olub. Avtosfer.az xəbər verir ki, hadisənin videosu Rusiyanın Çelyabinsk – Yekaterinburq əyalətləri arasında yerləşən M5 avtomagistralında qeydə alınıb.
Kadrlarda, yan yolda kuzası endirilməmiş olan yük maşınının irəlilədiyi və əsas yola keçdikdən sonra yerüstü piyada keçidinə çırpıldığı görülür.
Görüntülərdə, yerüstü piyada keçidinin konstruksiyasının “Kamaz”ın kabinəsinin üstünə düşərək onu əzdiyi də əks olunub.
Yerli KİV-in məlumatına görə, qəza nəticəsində yük avtomobilinin 27 yaşlı sürücüsü, aldığı ağır xəsarətlərdən hadisə yerində vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Namiq Musayev

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.