AZ
Video yüklə

Kafeyə silahlı hücum olundu

373 baxış Hadisə və olaylar
İstanbulda motosikletdə olan iki nəfər kafelərdən birinə qəflətən atəş açmağa başlayıb.

Dəhşətli hadisədən sonra silahlı atəşə qarşılıq verən 6 İsveç vətəndaşı və qaçdıqları avtomobilin sürücüsü saxlanılıb.

Hadisə zamanı bir nəfər yaralanıb. Polisin isveçlilərin evində apardığı axtarış zamanı silah-sursat aşkar edilib. Məhkəmə zamanı şübhəlilərdən 5-i həbs olunub. Hazırda polis hər yerdə motosikletlə kafeyə hücum edənləri axtarır.

Motosikletlə hadisə yerinə başlarına kaska taxaraq gələn və motosikletin nömrəsi gizlədən şəxslərə isveçlilərin cavab atəşi açması nəticəsində kafedə qarşıdurma yaranıb. Qorxudan qaçan insanlar uzaqlaşdıqdan sonra motosikletli şübhəlilər hadisə yerindən qaçıblar.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.