AZ
Video yüklə

Kafedə dəhşətli partlayış: 6 ölü, 9 yaralı

655 baxış Hadisə və olaylar
Çində kafedə qaz sızması nəticəsində dəhşətli partlayış baş verib. Avtosfer.az xəbər verir ki, insident oktyabrın 12-də Çzyansu əyalətinin Sişan rayonunda qeydə alınıb.

Məlumata görə, hadisə yerinə gəlmiş xilasetmə qüvvələri, dağıntılar altından 15 nəfəri çıxarıblar.

Onlardan altısı aldığı xəsarətlərdən dünyalarını dəyişiblər, digər 9 nəfər isə xəstəxanaya yerləşdirilib.

Axtarış-xilasetmə tədbirləri davam etdirilir.





Namiq Musayev

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.