AZ
Video yüklə

Jurnalistin qardaşının evi ikinci dəfə qarət edilib

10 baxış Hadisə və olaylar
Binəqədi rayonunda evdən qızıl-zinət əşyaları oğurlanıb.

Hadisə Biləcəri-Binəqədi yolu, döngə 1 ünvanında baş verib.



Belə ki, Vüqar Dərziyevə məxsus fərdi yaşayış evindən naməlum şəxslər 5 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayıb. Hadisə yerinə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.



Ekspertlər əl izlərini müəyyən edib. Araşdırma aparılır.

Ev sahibi V.Dərziyevin APA-ya verdiyi məlumata görə, iki il öncə evindən oğurluq edilib. Bundan əlavə ətrafda yerləşən yaşayış evlərindəndə oğurluq edilib.



Qeyd edək ki, V.Dərziyev jurnalist Elnarə Dərziyevanın qardaşıdır. (apa)

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.