AZ
Video yüklə

İspaniyada aeroportda iki sərnişin təyyarəsi toqquşub

469 baxış Hadisə və olaylar
İspaniyanın Mayorka adasındakı Palma hava limanında göyərtəsində sərnişinlərin olduğu iki təyyarə toqquşub.

Məlumata görə, Barselonadan gələn “Air Europa” aviaşirkətinə məxsus təyyarə uçuş-enmə zolağında Frankfurta (Almaniya) uçmağa hazırlaşan “Condor” təyyarəsinə çırpılıb.

Nəticədə “Air Europa”nın təyyarəsinin qanadının bir parçası qopub, ikinci təyyarə də zədələnib.

Hər iki təyyarənin sürəti aşağı olduğu üçün sərnişinlər arasında xəsarət alan yoxdur

Hadisə yerli Mülki Aviasiya Qəza Komissiyası tərəfindən araşdırılacaq.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.