AZ
Video yüklə

İsmayıllıda yük maşını yanıb

537 baxış Hadisə və olaylar
İsmayıllı rayonunda Bizlan kəndində "QAZ" markalı yük avtomobilinin yanar hissələri və banına yığılan 1,8 ton ot bağlaması yanıb. Fövqəladə Hallar Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Qeyd edək ki, İsmayıllı rayon sakini, 1990-cı il təvəllüdlü Qədirov Ramiq Rahib oğluna məxsus 55-BT-589 dövlət nömrə nişanlı, "QAZ-66" markalı avtomobil Bizlan kəndi ərazisində hərəkətdə olarkən qəfildən alışıb. Alov qısa vaxtda avtomobilin salon hissəsinə keçib.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.