Hadisə 7 ay əvvəl Lahıc qəsəbəsində baş verib. Minval.İnfo Ölkə.Az-a istinadən xəbər verir ki, Lahıc qəsəbəsində yaşayan bir neçə nəfər bərbəri iş yerində döyüb, sonra isə başına təbii ehtiyaclarını ödəyiblər. Bununla da hirsi soyumayan şəxslər ”şikarları” üzərində seksual xarakterli hərəkətlər ediblər. İsmayıllı rayon Polis Şöbəsindən bildirilib ki, tərəflər arasında qarşılıqlı münaqişə olub. Münaqişə zamanı xoşagəlməz hadisə baş verib. Faktla bağlı Cinayət Məcəlləsinin 150.1-ci (seksual xarakterli zorakılıq hərəkətləri) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə bir nəfər təqsirləndirilir. Zərərçəkmiş şəxsin yaxınları iddia edir ki, işi araşdıran müstəntiq Rasim Məmmədov bərbərə qarşı haqsızlıq edib. İstintaq zamanı 9-10 nəfəri məsuliyyətə cəlb etmək əvəzinə, bütün günahları zərərçəkmiş şəxsə tərəf çeviriblər. Bu isə haqsızlıqdır və müstəntiqin qərarı vəziyyəti daha da qızışdıracaq. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə bildirib ki, baş verən hadisədə iki tərəf var. Onlardan biri Lahıc qəsəbəsinə bitişik Ərəgid kəndindən olan yetkinlik yaşına çatmayan ruhi xəstə, digəri isə bərbərdir. Rəis müavininin sözlərinə görə, xoşagəlməz hadisə ötən il oktyabrın 3-də baş verib: ”Ruhi xəstə saçını qırxdırmaq üçün bərbərxanaya gəlib. Həmin bərbər də ona qarşı əxlaqsızlıq edib. Bundan sonra məsələ daha da böyüyüb. Sonra əxlaqsızlığa məruz qalmış ruhi xəstənin valideynləri və qardaşı bərbərə hücum edərək onu döyürlər, sonra isə əvəz çıxmaq üçün bərbərə qarşı əxlaqsız hərəkətlər ediblər. Qarşılıqlı şəkildə tərəflər bir-birinə qarşı əxlaqsız hərəkətlər ediblər. Hər iki faktla bağlı ayrı-ayrılıqda cinayət işi başlanıb, istintaq aparılır. Fərq odur ki, ruhi xəstəyə qarşı edilən əxlaqsızlıqla bağlı cinayət işinin istintaqı tamamlanaraq məhkəməyə göndərilib. İkinci işlə bağlı isə istintaq hərəkətləri aparılır”. Videoda əxlaqsızlığa məruz qalan şəxsin qardaşı Dəyanət Səmədov açıqlamasında bildirib ki, videoda cəyəran edən əməl iki bərbərxananın üstündə baş verib. Onun sözlərinə görə, Lahıc qəsəbəsində yan-yana iki bərbərxana var. Həmin bərbərxanalardan biri qardaşı Ədalət Səmədova, digəri isə Namiq adlı şəxsə məxsusdur. Bütün baş verən iyrənc cinayətlər də məhz Namiq adlı şəxsin ruhi xəstəni yalandan öyrətməsindən başlayıb: ”Namiq ruhi xəstəyə deyib ki, yalandan Ədalətin üzünə dürsun ki, guya onun başını qırxan zaman ona qarşı əxlaqsızlıq edib. Həmin xəstə uşaq da Namiqin dediyi məsələ ilə bağlı gedib evdə atasına deyib. Bundan sonra ata və qardaş Ədalətin bərbərxanasına gələrək ona işgəncə veriblər. Qardaşıma işgəncəni ötən ilin oktyabrında veriblər. Amma ruhi xəstə sonuncu dəfə qardaşımın bərbərxanasında iyun ayında olub. Bütün bərbərxana qan içərisində idi. Qardaşıma qarşı çox amansızlıq ediblər. Onlar 9 nəfər olublar”. D.Səmədov əlavə etdi ki, onda qardaşına qarşı edilən əxlaqsılığın geniş videosu var və lazım gələrsə, ictimailəşdirəcək: ”Bu məsələdə düşmənçilik var. Bu işləri məqsədli şəkildə ediblər. Hətta ruhi xəstənin atası da sonradan üzürxahlıq etsə də, mən bu işin axırına qədər gedəcəm. Hadisə baş verən gün 102 xidmətinə də məlumat vermişik. Amma bir polis belə gəlmədi. Qardaşımı elə günə qoymuşdular ki… İndi də müstəntiq işi qardaşımın əleyhinə çevirib. Qanı qanla yuyacam. Lazım gəlsə müstəntiqin də başını kəsəcəm. Niyə gəlib kamera görüntülərini açmır?”