İntihar edən 3 ayın gəlininin özünü asdığı mətbəxdən şok görüntülər
80 baxış
Hadisə və olaylar
Hadisədən əvvəl qız əri ilə deyib-gülüb.
Füzuli rayonunun Horadiz qəsəbəsində intihar etdiyi bildirilən riyaziyyat müəlliməsi Afət Şahverdiyevanın ölümünün yeni təfərrüatı ortaya çıxıb.
AzNews.az xəbər verir ki, qızının həyat yoldaşı tərəfindən qətlə yetirildiyini düşünən və qızının ölümünün əsl səbəbini bilmək istəyən ana ATV-nin “Bizimləsən” proqramına üz tutub.
Verilişdə Afətin intihar etdiyi evin mətbəxindən görüntülər yayımlanıb. Divardakı qan izləri hər kəsin ağlında bir şübhə yaradıb. Ana qan izlərindən və qızının bədənindəki zədələrdən şübhələnərək qızının döyüldüyünü, sonra isə asıldığını bildirib. Ana deyib ki, qızının dizlərində cızıq izləri də olub.
Verilişə zəng edən Afətin qayınatası gəlininin maşın sürmək istəməsinin daima ailədə söz-söhbət yaratdığını qeyd edib. Qayınatanın sözlərinə görə, Afət dəfələrlə həyat yoldaşını intihar edəcəyi ilə hədələyib.
Mərhumun valideynləri tərəfindən ittiham olunan Afətin həyat yoldaşı Ruzi Axundov deyib ki, özü otaqda nəsə yazırmış və bir-iki nəfərlə telefonda danışıb. Mətbəxə keçəndə isə Afətin özünü asdığını görüb. Əri onu da qeyd edib ki, hadisədən əvvəl onlar deyib-gülüblər.
Qeyd edək ki, Afətin ailəsi onun qətlə yetirildiyini iddia edir. Mərhumun valideynləri qızlarının hərbçi həyat yoldaşı Ruzi Axundov tərəfindən döyülərək öldürüldüyünü düşünürlər.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.