AZ
Video yüklə

İmişlidə güclü yanğın baş verib

41 baxış Hadisə və olaylar
İmişlidə yanğın hadisəsi baş verib.

Niva markalı minik maşını yanaraq külə dönüb. Yanğın hadisəsi ötən gün saat 20 radələrində İmişli şəhər 28 May küçəsində yaşayan Əhmədov Xudafərin Ağakərim oğluna məxsus həyətdə qeydə alınıb. Adı çəkilən ünvanda Əhmədov Qara Xanhüseyn oğluna məxsus 30-BD-209 dövlət nömrə nişanlı Niva markalı avtomobildə alovlanma başlayıb. Hadisə yerinə İmişli rayon yanğından mühafizə xidmətinin texnika və canlı qüvvəsi cəlb edilib. Avtomobildə baş verən yanğın söndürələrək ətraf ərazilərə keçməsinin qarşısı alınıb və həyətdəki ev yardımçı tikililər alovdan xilas edilib.

Hadisə zamanı xəsarət alan və yaralanan olmasada avtomobil yanaraq yararsız hala düşüb. Yanğının baş vermə səbəbi araşdırılır.

REAL

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.