AZ
Video yüklə

İldırım vursa da, sağ qaldı

608 baxış Hadisə və olaylar
İndoneziyada bir nəfəri ildırım vurması anı təhlükəsizlik kamerasına əks olunub.
"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə paytaxt Cakartada baş verib.
Təbii fəlakət iş yerinin həyətində çətirlə gəzən gözətçinin başına gəlib. Belə ki, o, tikinti texnikasının yanından keçərkən ildırım vurub. Bir anda ətrafa qığılcımlar saçılıb.
Yerə yıxılan yaralının köməyinə həmkarları gəlib. Əlləri yanan kişi xəstəxanaya çatdırılıb.
Gözətçinin əlindəki radionun ildırımı çəkə biləcəyi ehtimal edilir.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.