AZ
Video yüklə

İki oğlunu boynundan asıb saatlarla döydü

39 baxış Hadisə və olaylar
Hindistanda 33 yaşlı ata üstlərini çirkləndirən iki oğlunu boyunlarından tavana asaraq saatlarla döyüb.

Moderator.az xəbər verir ki, cani atanın palçıqda oynayaraq üstünü çirkləndirən və altına tualetini edən oğluna verdiyi cəzanın görüntüləri Hindistanda böyük əks-səda doğurub.

Oğullarını sinəsinə bağlı bir kəndir ilə tavana asdıqdan sonra amansızlıqla döyən ata polis tərəfindən həbs olunub.

Qeyd edək ki, dörd qızı və bir oğlu olan adamın iki uşağını digərlərinin qarşısında döydüyü öyrənilib. Uşaqların hər yerində yara izləri olduğu aşkarlanıb və uşaqların anasının evdə olmasına baxmayaraq qorxduğu üçün hadisəyə müdaxilə etmədiyi bildirilib.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.