AZ
Video yüklə

İçərişəhərdə partlayışdan sonra son görüntülər yayıldı

158 baxış Hadisə və olaylar
İçərişəhərdəki ikimərtəbəli yaşayış evinin birinci mərtəbəsində qaz sızması nəticəsində partlayış baş verib.

Oxu.Az-ın məlumatına görə, hadisə zamanı ölən olmayıb.

Ümumilikdə, hadisə nəticəsində beş nəfər müxtəlif bədən xəsarətləri alıb. Onlardan ikisinə hadisə yerində yardım göstərilib. Digər üç nəfər isə xəstəxanaya yerləşdirilib.

İlkin məlumatlara görə, onlardan biri üz, digəri baş nahiyəsindən yanıq xəsarətləri alıb.

Ərazidə təhlükəsizlik tədbirləri görülüb.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.