Həyat yoldaşı ilə ayrılığa dözmədi, özünü öldürdü
756 baxış
Hadisə və olaylar
İyunun 11-də Kürdəmir rayonunda intihar hadisəsi baş verib. Publika.az xəbər verir ki, Sor-Sor kənd sakini, 1979-cu il təvəllüdlü Məmmədov Xəqani Məmməd oğlu yaşadığı evin həyətindəki tövlədə özünü asıb. Onun asılı vəziyyətdə qalmış meyitini yaxınları aşkar edib. Bildirilir ki, X.Məmmədov təxminən 1 ay imiş ki, həyat yoldaşından ayrılıb və son vaxtlar onda psixoloji problemlər yaranıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.