AZ
Video yüklə

“Hacı Mazan” vətəndaşı evində döydürdü

713 baxış Hadisə və olaylar
“Hacı Mazan” kimi tanınan iş adamı Ramazan Zeynalovun vətəndaşı döydüyü iddia olunur.
Unikal.org xəbər verir ki, Faiq Seyfullayev adlı vətəndaş sosial şəbəkədə canlı yayım edərək köynəyi cırılmış halda onu “Hacı Mazan” və ətrafındakı şəxslərin döydüyünü bildirib.
Vətəndaş iddia edib ki, iş adamı və ətrafındakı şəxslər onun üzünə və bədəninə xəsarət yetiriblər. Eləcə də evindəki əşyaları dağıdıblar.
Bundan başqa, şikayətçi olan vətəndaşı çəkmək üçün hadisə yerinə gələn “Xəzər” televiziyasının xəbərlər xidmətinin müxbiri Rüstəm İbadov və operator Davud İbrahimova hücum edən iş adamı “Hacı Mazan” mikrofonu müxbirin əlindən dartaraq alıb. Həmçinin operatordan çəkməməyi tələb edərək kameranı almağa çalışıb.
Unikal.org-a açıqlama verən Faiq Seyfullayev bildirib ki, yaşadığı binada müqaviləni yeniləmədiyi üçün döyülüb:
"Paytaxtın Binəqədi rayonu Rəsulzadı qəsəbəsi Musabəyov 4c ünvanında "iNAM BAYRAM-M" MTK-ya məxsus binada yaşayıram.Kommunal ödənişlərlə bağlı müqaviləyə imza atmadığım üçün Hacı Mazan və dəstəsi məni döydü, bədənimdə çoxsaylı xəsarətlər var.Hazırda Binəqədi rayon 4-cü polis bölməsindəyəm, izahat verəcəm.Bundan sonra tibbi-ekspert komisiyasına müraciət edəcəm ki, xəsarətlərimlə bağlı rəy alım.Məndən əlavə televiziya işçilərinə də hücum olundu.DİN-nın 102 xidmətinə də məlumat vermişəm.Ümid edirəm təqsirkarlar cəzalanacaq."
Qeyd edək ki, Hacı Mazan kimi tanınan iş adamı Ramazan Zeynalov Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin qudasıdır.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.