AZ
Video yüklə

Gürcüstanda 7 azərbaycanlı tutuldu

79 baxış Hadisə və olaylar
Gürcüstanda azərbaycanlılar saxlanılıb.
Əsasən azərbaycalıların çox yaşadığı Qardabani rayonunun Qaracala kəndində və Tiflisin Poniçala qəsəbəsində polis narkotik alveri ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirib.
Bu zaman qanunsuz narkotik maddə almaq və saxlamaqda şübhəli bilinən 7 nəfər saxlanılıb. Evlərdə aparılan axtarış zamanı 18 paket heroin, 2 tapança, 1 ov tüfəngi, narkotik vasitə hesab edilən Buprenorfin, Suboteks, 10 010 lari, 26 200 dollar və 65 000 rus rublu götürülüb. Bildirilir ki, saxlanılanları 8 ildən 20 ilədək, və ya ömürlük həbs gözləyir.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.