AZ
Video yüklə

Güclü yanğınla bağlı Nazirlikdən açıqlama

240 baxış Hadisə və olaylar
Bu gün “Diqlas” ticarət mərkəzində başlayan güclü yanğın zamanı zəhərlənən olmayıb.

Bu barədə “Qafqazinfo”ya Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib.



Qeyd olunub ki, nazirliyin 6 briqadası hadisə yerindədir. Hələ ki xəstəxanaya heç kim aparılmayıb. Dünyasını dəyişənlər də yoxdur.



***



Bakının Nizami rayonunda, 8-ci kilometr adlanan ərazidə güclü yanğın başlayıb. Yanğın “Diqlas” ticarət mərkəzində qeydə baş verib.



Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub.



***



Fövqəladə Hallar Nazirliyi Bakıdakı yanğınla bağlı məlumat yayıb.



Məlumatda bildirilir ki, “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.



Çağırış ünvanına cəlb olunan Fövqəladə Hallar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən yanğınsöndürmə işləri və digər təxirəsalınmaz tədbirlər görülür.



Əlavə məlumat veriləcək.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.