AZ
Video yüklə

Gömrükçülər külli miqdarda narkotik vasitə aşkar ediblər

32 baxış Hadisə və olaylar
Dövlət Gömrük Komitəsinin (DGK) Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinə İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gətirilməsi, saxlanması, daşınması və realizə edilməsi barədə əməliyyat məlumatı daxil olub.



Bu barədə DGK-nın mətbuat xidmətindən məlumat verilib.



Biləsuvar rayonu ərazisində keçirilən əməliyyat tədbirləri nəticəsində Azərbaycan vətəndaşları Bəşirov Rövşən Bəhmən oğlu və Alməmmədov Elşad Gülağa oğlu saxlanılıb və onlardan şərti alıcıya satmaq istədikləri, 11 ədəd polietilen paketlərdə, ümumi çəkisi 1 306,8 qram olan narkotik vasitə-heroin aşkar edilərək götürülüb.



Faktla bağlı araşdırma aparılır.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.