Gənclərin təqibdə olan yol polisini təqib etmə GÖRÜNTÜLƏRİ
109 baxış
Hadisə və olaylar
Sosial şəbəkədə yol polisi təqdibdə olan zaman onu təqib edən sürücünün video görüntüsü yayılıb.
YPX.AZ xəbər verir ki, qayda pozaraq polisdən qaçdığını ehtimal etdiyimiz “NİVA” markalı avtomobili və onu təqib edən YPX inspektorlarını “Mercedes” markalı avtomobilin sürücüsü təqib etməyə başlayıb.
Belə ki, yolda hərəkətdə olan “NİVA” markalı avtomobilin sürücüsü anidən qoşa xəttin tələbini (1.3 nişanlanma xətti) pozaraq əks yola çıxıb. Bundan sonra “NİVA” markalı avtomobilin qarşısı ilə eyni istiqamətdə hərəkətdə olan YPX inspektorları sayrışan işıqları qoşaraq “NİVA” markalı avtomobili təqib etməyə başlayıblar . Həmin yolda hərəkətdə olan digər bir nəqliyyat vasitəsi də onları təqib etməyə başlayıb və həmin nəqliyyat vasitəsində olan sərnişinlərdən biri bu təqibi anbaan video qeydə alıb.
Qeyd edək ki, YPX avtomobili təqib zamanı ara küçələrlə hərəkət etdiyi üçün onu qeydə alaraq təqib edən gənc sürücü ara küçələrdə nəqliyyat vasitəsini sürətlə, ani manevrlər etməklə idarə edərək təhlükə də yaradıb.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.