Gəncədə dələduzluq edən Göygöl rayon sakini saxlanılıb.
Gəncə şəhər Kəpəz rayon Polis İdarəsindən BAKU.WS-ə verilən məlumata görə keçirilən əməliyyat tədbirləri nəticəsində əvvəllər müxtəlif maddələrlə məhkumluq həyatı yaşayan Göygöl rayon sakini 28 yaşlı Rəfail Əsgərov saxlanılıb. Araşdırmalar zamanı o da məlum olub ki, Rəfail Əsgərov özü üçün saxta ad seçib və bu adla xüsusi vəsiqə düzəldib. Sözügedən vəsiqə ilə müxtəlif ünvanalarda sayğaclara baxış keçirən Əsgərov cihazın sıradan çıxdığını bəhanə gətirərək vətəndaşlardan 10 manat pul alıb.
Polis Rəfail Əsgərovun əməlindən zərər çəkən şəxslərdən Kəpəz rayon Polis İdarəsinə, yaxud Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə məlumat vermələrini xahiş edir.