FHN intihara cəhdin qarşısını aldı
8 baxış
Hadisə və olaylar
15 oktyabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər vətəndaşın hündürlüyə çıxaraq intihara cəhd etməsi barədə məlumat daxil olub. Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Vətəndaşla psixoloji söhbətlərin aparılması nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.
Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.