AZ
Video yüklə

“EuroHome” ticarət mərkəzində baş vermiş yanğın söndürülüb

352 baxış Hadisə və olaylar
YPX.AZ xəbər verir ki, 11 may 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda yerləşən “EuroHome” tikinti materialları bazarında yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Nazir müavini general-leytenant Etibar Mirzəyev hadisə yerində olub.

YPX.AZ xəbər verir ki, 11 may 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda yerləşən “EuroHome” tikinti materialları bazarında baş vermiş yanğınla əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti, Mülki müdafiə qoşunları və Bakı Regional Mərkəzinin müvafiq qüvvələri cəlb olunub.

Yanğının söndürülməsi işləri ilə yanaşı, Nazirliyin qüvvələri həm də bazarda olan tikinti materiallarının yanğından mühafizə məqsədilə yanğın ərazisindən kənarlaşdırılmasını həyata keçirib.
“EuroHome” tikinti materialları bazarı yanır.

YPX.AZ xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, FHN-in “112” qaynar telefon xəttinə, Bakı şəhərinin Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarı ərazisində yanğın olması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.