AZ
Video yüklə

Ermənilərdən növbəti təxribat

56 baxış Hadisə və olaylar
Vətən müharibəsinin üzərindən bir ildən çox müddət keçməsinə baxmayaraq, cəbhə bölgəsində təxribatlar törədən rəsmi İrəvan, destruktiv siyasətini davam etdirməkdə israrlıdır. Azərbaycan Müdafiə nazirliyinin yaydığı məlumata görə, fevralın 23-ü saat 20:30-dan 20:55-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonu istiqamətində yerləşən mövqelərindən Laçın rayonunun Əhmədli yaşayış məntəqəsində yerləşən ordumuzun mövqelərini atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub. Bu, son 10 gündə artıq 7-ci belə hadisədir və aydındır ki, Ermənistanın təxribatları məhz bölgədə stabilliyin pozulmasına yönəlib.

Digər tərəfdən, sərhəddə təxribatların törədilməsi həm də Rusiya-Azərbaycan müttəfiqliyinin möhkəmləndirilməsinin və yeni müstəviyə çıxarılmasının da nəticəsi ola bilər. Nəzərə alsaq ki, Moskva Bəyannaməsi Azərbaycanla Rusiya arasında əməkdaşlıqda yeni üfüqlər açacaq, o zaman Qarşılıqlı müttəfiqlik bəyannaməsinin ardınca mövqelərimizin atəşə tutulması heç də təsadüfi deyil və Ermənistan hökumətinin narahatlığının ifadəsidir.

Mahiyyətcə, sözügedən müttəfiqlik dövlətlərimizin müstəqilliklərinə hörmət edilməklə əməkdaşlığın inkişafına və təhlükəsizliyin təmin olunmasına yeni təkan verəcək. Bu da onu deməyə əsas verir ki, Ermənistan yeni reallıqları qəbul etməyə məhkumdur. Əks təqdirdə rəsmi İrəvan indikindən daha ağır duruma düşəcək.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.