AZ
Video yüklə

Əjdər Həmidov qəzaya düşdü

6 baxış Hadisə və olaylar
Tovuzda zəncirvarı yol-nəqliyyat hadisəsi baş verib. APA-TV-nın qərb bürosunun məlumatına görə, qəza Heydər Əliyev prospekti ilə Mərdan Musayev küçəsinin kəsişməsində qeydə alınıb.



"Chery Tiggo", "Mercedes Vito" və "VAZ 2107" markalı avtomobillər toqquşub. Hadisə nəticəsində xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə ziyan dəyib.



Qəzanın səbəbləri araşdırılır.



Qeyd edək ki, "Chery" markalı avtomobilin sükanı arxasında xalq artisti, aktyor Əjdər Həmidov olub.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.