DYP əməkdaşı körpənin həyatını xilas etdi
189 baxış
Hadisə və olaylar
YPX inspektorları səhhətində problem yaranan körpənin həyatını xilas etdilər. YPX.AZ xəbər verir ki, nəfəs borusunda problem olan körpənin anidən halı pisləşərək boğulmağa başlayıb. Ailəsi körpəni xəstəxanaya çatdırmaq üçün şəxsi avttomobilləri ilə yola düşüblər. Yolda tıxac olduğu üçün ailə körpəni xəstəxanaya çatdırmaqda çətinlik çəkdiklərini görüb Masazır dairəsində 99 YP 682 dövlət qeydiyyat nişanlı xidməti avtomobil ilə xidmət aparan YPX inspektorlarına yaxınlaşaraq vəziyyəti izah ediblər. İnspektorlar vaxt itirmədən ailəni xidməti avtomobilə əyləşdirərək körpəni xəstəxanaya çatdırmağa çalışıblar. Yol boyu sayrışan işıqlar və xüsusi səs siqnalından istifadə edən inspektorlar yol açaraq vaxt itirmədən körpəni xəstəxanaya çatdırmağı bacarıblar. Ailə 99 YP 682 dövlət qeydiyyat nişanlı xidməti avtomobildə xidmət aparan YPX inspektorlarına minnətdar olduqlarını bildirərək Azərbaycan Polisinin vətəndaşa zaman itirmədən kömək etməsini, qeydinə qalmasını yüksək qiymətləndirib, belə hallarla qəlbləri fəth etdiklərini bildiriblər. Həmin anların görüntülərini və ailə üzvlərindən birinin hadisə ilə bağlı səs yazısını sizlərə təqdim edirik:
Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.