“Drift” edən “BMW” beton dirəyi aşırdı - FOTO + VİDEO
2 225 baxış
Hadisə və olaylar
Rusiyanın Krasnodar şəhərində minik avtomobilinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, hadisə sentyabrın 19-da günorta saatlarında “Çekistlər” prospektində qeydə alınıb.
Məlumata görə, şəxsiyyəti müəyyənləşdirilməyən sürücü yüksək sürətlə idarə etdiyi qızılı rəngli “BMW” markalı minik avtomobili ilə, sözügedən küçədə hərəkətdə olarkən, təhlükəli tryuklar edib və sükan idarəetməsini itirərək yol kənarındakı betondan işıq dirəyinə çırpılıb.
Zərbənin şiddətindən dirək yolun hərəkət hissəsinə aşıb, avtomobil isə deformasiyaya uğrayıb.
Hadisə şahidi bildirib ki, qəza anında avtomobildə sürücü ilə birlikdə 3 nəfər olub.
Yerli KİV-in yazdığına görə, qəza nəticəsində 1 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.
Namiq Musayev

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.