Dəhşətli yol qəzası
334 baxış
Hadisə və olaylar
Bərdə rayonunda bir nəfərin ölümü, iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. YPX.AZ-ın Qarabağ üzrə bölgə müxbirinin bildirdiyinə görəhadisə Yevlax-Bəhrəmtəpə avtomobil yolunun Bərdə rayonunun Göbər kəndi ərazisində qeydə alınıb. Belə ki, kənddə “VAZ-2107” markalı avtomobili ilə "Nissan" markalı minik maşını toqquşub. Nəticədə "Nissan"ın sürücüsü ölüb. Hadisə zamanı həmçinin “VAZ-2107”in sürücüsü və sərnişini ağır xəsarət alıb. Hər iki yaralı Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.