AZ
Video yüklə

Çaqqal qəzaya səbəb oldu

80 baxış Hadisə və olaylar
Ağstafa rayonunun Poylu kənd dəmiryolu stansiyası ərazisində xəsarətlə nəticələnən yol qəzası baş verib. Taksi kimi fəaliyyət göstərən minik avtomobil hərəkətdə olan zaman anidən qarşısına çaqqal çıxıb.



Qazax rayonundan olan 1990-cı il təvəllüdlü sürücü Afiq Hacıyev heyvanı vurmamaq üçün maşını hədəfdən yayındırıb, lakin nəqliyyat vasitəsi idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində sürücü və onun Qazax rayonundan olan sərnişinləri - 1988-ci il təvəllüdlü Qurbanov Elxan və 1991-ci il təvəllüdlü Hüseynova Günay müxtəlif bədən xəsarətləri alıb. Hər üç şəxs xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. (Report)

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.